10 C
Baku
Monday, November 18, 2024

“Akkord” deyir ki, vergi borcu pandemiyanın gətirdiyi çətinliklərdən yaranıb

Xəbər verdiyimiz kimi, “Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hydrotechnical Construction Company” MMC-nin külli miqdarda vergi borcu yaranıb. 

Şirkət bəzi məqamlara aydınlıq gətirib.

Verilən açıqlamada bildirilib ki, yazıda adları qeyd olunmuş və “Akkord” Korporasiyasına daxil olan hüquqi şəxslərin dövlət büdcəsinə yaranmış öhdəlikləri (2 milyon 225 min manat -red) pandemiyanın gətirdiyi çətinliklərdən doğub: “Korporasiya bu öhdəliklərin hissə-hissə icrası istiqamətində vegi orqanları ilə danışıqlar aparıb və müəyyən razılıq əldə olunub.

Korporasiya barəsində Nərimanov Rayon Məhkəməsinin icraatında olan inzibati xətalar haqqında işə gəldikdə isə, qeyd edirik ki, Mərkəzi Bank tərəfindən tərtib olunmuş protokolla bağlı Korporasiya zəruri sübutları məhkəməyə təqdim edəcək. İnanırıq ki, məhkəmə tərəfindən obyektiv, qanuni və ədalətli qərar qəbul olunacaq”.

Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.

Son xəbərlər
Digər xəbərlər