10 C
Baku
Thursday, December 12, 2024

Akkord Korporasiyası böyük bir mənfəət əldə etsə də, vergi ödəməyib

“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası 2017-ci ilin yekununda 30,5 milyon manat məbləğində mənfəət əldə edib. Banker.az Turan-a istinadən xəbər verir ki, bununla yanaşı, holdinqin konsolidə edilmiş maliyyə hesabatında mənfəət vergisi üzrə göstəricilər yoxdur.

2017-ci ildə “Akkord” və onun törəmə şirkətlərinin satılan mallar və görülən işlər üzrə daxilolmaları 228,8 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 74,4 faiz çoxdur. İnzibati, ümumi və maliyyə xərcləri, eləcə də investisiya itkiləri gəliri 30,5 milyon manata azaldıb. Bu il yanvarın 1-nə olan vəziyyətə görə, korporasiyanın 7,5 milyon manat məbləğində öhdəlməmiş zərəri var. Eyni zamanda, “Akkord” cari vergilər üzrə dövlət büdcəsinə 5 milyon manatdan çox borcludur.

Maliyyə hesabatına müsbət rəyi “Abak-Az Crovve Ltd” şirkəti verib.

Son xəbərlər
Digər xəbərlər