“Akkord” korporasiyasına yeni direktor təyin edilib

“Akkord” korporosiyasının rəhbərliyində dəyişiklik olub.

Banker.az xəbər verir ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə baş icraçı direktor Vüqar Süleymanov Fərman oğlu təyin edilib.

Buna qədər bu vəzifədə  Bürhan Həmidov idi.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 83 259 750 manatdır. Dərya Vəliyev Müşahidə Şurasının sədri, Hikmət Əliyev və Tofiq Isayev isə Müşahidə Şurasının üzvüdür.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər