16 C
Baku
Friday, October 17, 2025

“Akkord” qrupuna bağlı iki şirkət riskli şirkətlərin siyahısına düşdü

“Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Qum” MMC və “Akkordian Traden” MMC riskli vergi ödəyicisi siyahısına daxil edilib.

Banker.az xəbər verir ki, “Akkord Qum” MMC-nin vergi borcu 1928.91 AZN, “Akkordian Traden” MMC-nin vergi borcu isə 110 188 AZN təşkil edir.

Xatırladaq ki, “Akkordian Traden” MMC vergi öhdəlikləri üzrə – 2024-cü il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə ümumilikdə 40.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

Məlumat üçün bildirək ki, “Akkord Qum” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 78 690 AZN və qanuni təmsilçisi Yaqub Əliyevdir. 10 manat kapitalı olan “Akkordian Traden” MMC isə 2023-cü ildə yaradılıb, rəhbəri Orxan Cümşüdovdur.

 

Son xəbərlər
Digər xəbərlər