11 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Akkord-un daha iki şirkətinin nizamnamə kapitalı azaldılır

Akkord-a məxsus iki şirkətin nizamnamə kapitalı azaldılıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Körpü Tunel Tikinti” MMC və “Hydraulic Mechanisms Company” MMC-dir.

“Körpü Tunel Tikinti” MMC-nin nizamnamə kapitalının azaldılaraq 7 179 107.94 məbləğində müəyyən edilməsi elan olunur. Bu şirkətin əvvəlki nizamnamə kapitalı 7 187 174 manat idi.

“Hydraulic Mechanisms Company” MMC-nin nizamnamə kapitalının azaldılaraq 5 425 750.80 məbləğində müəyyən edilməsi elan olunur. Şirkətin isə əvvəlki nizamnamə kapitalı 5 929 389 manat idi.

Xatırladaq ki, “Akkord Nəqliyyat” MMC-nin nizamnamə kapitalının azaldılaraq 2 887 360,71  məbləğində müəyyən edilməsi elan olunmuşdur.

 

 

Son xəbərlər
Oxşar xəbərlər
X