“İndiqo” Məhdud Məsuliyyətli Cəmiyyət “Körpü Tunel Tikinti” MMC-ni məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, “İndiqo” podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Fərrux Qasımovun sədrliyi ilə araşdırılacaq.
Hal – hazırda “Akkord Körpü Tunel Tikinti” MMC Bakı, Sumqayıt və Lənkəran şəhərlərində dirək (svay) qazma və betonlama işlərini, Siyəzən rayonu, Siyəzən – Çəndəhar avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Ataçay çayının üzərindən keçən körpünün tikintisi işlərini, Bakı şəhərində inşa edilmiş yol qovşaqlarına texniki xidmət və tamalama işlərini yerinə yetirməkdədir.