“Akkord”a məxsus şirkət nizamnamə kapitalını artırılır.
Banker.az-ın məlumatına görə, “Akkord Nəqliyyat” MMC-nin nizamnamə kapitalı artırılaraq 3 503 460,71 manat məbləğində müəyyən edilir.
Qeyd edək ki, “Akkord Nəqliyyat” MMC-nin nizamnamə kapitalı 2 887 360.71 manat idi.
Akkord Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat Departamentinin bazasında yaradılıb, qanuni təmsilçisi Sərxan MəmmədBağırov-dur.