9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Akkord”a məxsus şirkət rəhbərlərindən biri yeni logistika şirkəti yaratdı

Azərbaycanda yeni logistika şirkəti yaradıldı.
Banker.az xəbər verir ki, yeni yaradılan logistika şirkətinin adı “Sınıq Körpü Beynəlxalq Logistika Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Logistika Mərkəzinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev ev.8. ünvanıdır.  Logistika şirkəti 21 May 2020-ci ildə dövlət qeydiyyatına alınıb.
“Sınıq Körpü Beynəlxalq Logistika Mərkəzi”nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçi İbrahimli Fariz Məmmədəli oğludur.

Bildirək ki, “Akkord”a məxsus” Akkord Industrial Company” yaradılmışdı. Şirkətin Müşahidə Şurasının üzvlərindən biri də  Fariz Məmmədəli oğlu İbrahimlidir.

Son xəbərlər
Oxşar xəbərlər