26 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“Akkord”un daha bir şirkətinin dövlətə vergi borcu olduğu açıqlandı – Məbləğ

Screen Shot 2021 09 02 at 14.34.20

“Akkord Asfalt” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Akkord Asfalt” MMC-nin vergi borcu 138 499 manatdır. Bu vergi borcu 08.08.2021-ci il tarixinə olan məlumatdır.

Xatırladaq ki,  “Akkord Asfalt” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 7 665 385 manatdır və qanuni təmsilçisi Anar Məmmədovdur.

Onu da qeyd edək ki, tam hüquqi adı ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Akkord Hydrotechnıcal Constructıon Company” MMC-nin dövlət qarşısında (4 avqust 2021-ci il tarixinə) 1 718 510 manat həcmində vergi borcu olduğu məlum olub.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər