24 C
Baku
Cümə, Sentyabr 17, 2021

“Akkord”un daha bir törəmə şirkətinin rəhbəi dəyişib

Screen Shot 2021 09 02 at 14.34.20

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin daha bir törəmə şirkətinin rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, “Akkord Kərpic” MMC-nin Baş direktoru Tapdıq Osmanov Qara oğlu vəzifəsindən azad edilib.

Onun yerinə, Rəvan Babayev Azad oğlu təyin edilib.

“Akkord Kərpic” MMC 2015-ci ildə yaradılıb və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin törəmə müəssisələrindən biridir.

Bu şirkətə yaxın olan şirkətlərdən birinin də rəhbəri avqust ayında iki dəfə dəyişib. Belə ki, “Akkord Mərmər Qranit” MMC-nin avqustda yeni təyin edilmiş direktoru Səid Qardaşov Vahid oğlu istefa verib, onun yerinə İsmayıl Mənsimov Yusif oğlu təyin edilmişdi. Səid Qadaşova özü isə avqustun əvvəli bu vəzifədə Müşviq İbadov Mirzəxan oğlunu əvəzləmişdi.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər