15 C
Baku
Thursday, March 13, 2025

“Akkord”un şirkəti müflis olur

Mehdiyev Tehran Şahverdi oğlu tərəfindən “Akkord Hidrotexnikal Construction Company” MMC-nin müflis elan olunması, aktivlərinin müyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb.

Banker.az xəbər verir ki, məhkəmənin növbəti iclası 11.03.2025-ci il tarixə saat 14.30-yə təyin edilmişdir.

Ünvan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 8-dir.

Bildirək ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının son illərdə yaradılmış şirkətlərindən biri də “Akkord Hydrotechnical Construction Company” MMC – dir. Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir.

Son xəbərlər
Digər xəbərlər