“Akkord” şirkətlər qrupunun törəmə şirkəti olan “Hydraulic Mechanisms Company” MMC nizamnamə kapitalının artırır.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalının 5 880 593.69 manat məbləğində müəyyən edilməsi elan olunur. Hydraulic Mechanisms Company” MMC-nin nizamnamə kapitalı 5 425 751 manat idi.
Xatırladaq ki, şirkət 2017-ci ildə yaradılıb, müxtəlif növ xüsusi təyinatlı nəqliyyat vasitələri və hidravlik maşın-mexanizmlərin icarəsini təşkil edir.