5 C
Baku
Friday, February 6, 2026

“Akkord”un törəmə müəssisəsinin gələcək fəaliyyəti müzakirə olunacaq

3 aprel 2026-cı il saat 11.00-da “Akkord Mingəçevir Maşınqayırma Zavodu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Akkord Mingəçevir Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üçün maliyyə nəticələrinin müzakirəsi və təsdiqi.
2. “Akkord Mingəçevir Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyətinin gələcək fəaliyyəti ilə bağlı məsələnin müzakirəsi.
3. Digər məsələlər.

Ünvan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 11a-dır.

Xatırladaq ki, “Akkord-Mingəçevir Maşınqayırma Zavodu” ASC 2007-ci ildə yaradılıb. Müəssisə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin törəməsidir.

Son xəbərlər
Digər xəbərlər