Akkreditasiyadan keçməyən universitetlərə qəbul dayandırıla bilər

Akkreditasiyadan keçməyən universitetlər barədə hansı tədbirlərin görüləcəyi açıqlanıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova məlumat verib.

O bildirib ki, ali məktəbə bu halda iki illik şərti akkreditasiya verilir və qəbul dayandırılır:

“Bu, ona görə edilir ki, II-III kursda təhsil alanlar təhsilini başa vursunlar. Bundan sonra yenidən akkreditasiya aparılır. Əgər yenə problemlər aradan qaldırılmayıbsa, o zaman ali təhsil müəssisəsinin fəaliyyəti dayandırlacaq”.

Son xəbərlər
Digər xəbərlər