13 C
Baku
Sunday, November 24, 2024

Akkreditiv və onun formaları

Akkreditiv – Akkreditivlərlə hesablaşmalar – akkreditiv alıcı bankının satıcı bankına akkreditiv ərizəsində göstərilən məbləği ödəmək barədə tapşırığıdır.

Akkreditiv – malların göndərilməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim olunarkən göndərilmiş malların, xidmətlərin dəyərini benefisianara ödəmək barədə bankın öhdəliyidir.

Benefisiar – müəyyən məbləğdə pulu almaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və ya fiziki şəxsdir.

Akkreditiv aşağıdakı formada gerçəkləşir

1. Satıcı və alıcı arasında akkreditiv ödəniş formasını nəzərdə tutan müqavilə imzalanır.

2. Alıcı banka geri çağırıla bilməyəm akkreditiv açılması üçün banka müraciət edir .

3. Bank aldığı müraciət əsnasında benefisiarın xeyrinə geri çağırıla bilməyən akkreditiv açır, o bu sənədi benefisiara satıcının bankı (avizo edən) bank vasitəsi ilə yönləndirir.

4. Avizo edən bank, birinci bankdan (müştərinin müraciət etdiyi) akkreditivi aldıqdan sonra onun etibarlılığını yoxlayır və akkreditivin şərtlərini satıcıya çatdıraraq (onu xəbərdar edir), akkreditivin həqiqiliyini təsdiqləyir.

5. Akkreditivi aldıqdan sonra, satıcı alıcıya çatmalı olan məhsulların yüklənməsini və göndərilməsini həyata keçirir və akkreditivlər ilə bağlı sənədləri hazırlayır.

6. Məhsul yükləndikdən və göndərildikdən sonra, satıcı bir qayda olaraq sənədləri avizo edən banka təqdim edir.

7. Avizo edən bank akkreditivlə bağlı sənədləri müştərinin bankına yönləndirir.

8. Müştərinin müraciət etdiyi bank sənədləri aldıqdan sonra onun akkreditivin şərtlərinə nə qədər müvafiq olmasını yoxlayır və əgər sənədlər akkreditivin şərtlərinə uyğun gələrsə onda benefisiarın xeyrinə olaraq avizo edən bank vasitəsi ilə ödənişi həyata keçirir.

9. Avizo edən bank (satıcının bankı) vəsaitləri aldıqdan sonra onları satıcının hesabına köçürür.

10. Ödənişin həyata keçirilməsindən sonra bank müştərinin bankı sənədləri satıcıya ötürür.

akkktv

Akkreditivin formaları

  • Geri çağırıla bilməyən akkreditiv – Vəsait alanın razılığı olmadan ləğv edilə və ya dəyişdirilə bilməyən akkreditiv geri çağırıla bilməyən akkreditiv sayılır. Geri çağırılmayan akkreditiv emitent bankın qəti öhdəliyidir. Geri çağırılmayan akkreditiv emitent bankın razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməz.
  • Geri çağırıla bilən akkreditiv – Vəsait alana qabaqcadan bildirmədən emitent bankın dəyişdirə və ya ləğv edə bildiyi akkreditiv geri çağırıla bilən akkreditiv sayılır. Akkreditivin geri çağırılması emitent bankın vəsait alan qarşısında hər hansı öhdəliklərini yaratmır.
  • Revolver akkreditiv – Bərabər hissələrə bölünərək, əlavə düzəliş olmadan bir neçə dəfə təkrarlanır.
  • Qarşılıqlı akkreditiv (Back-to-Back) – Alınmış hər hansı bir akkreditiv təminat kimi qəbul edilərək, onun əsasında digər akkreditiv açılır.
  • Transferabel akkreditiv (köçürülə bilən) – Satıcıya qəbul etdiyi akkreditivin bir və ya bir neçə hissəsini digər satıcılara yönəltmək hüququ verir.
  • Rezervli akkreditiv (Stand-by) – Malın alıcı və satıcısına açıq hesabla işləmək imkanı verir və akkreditiv malın alıcısı ödəniş öhdəliklərini yerinə yetirmədikdə icra olunur.
Son xəbərlər
Digər xəbərlər