Türkiyədə inşa edilən “Akkuyu” Atom Elektrik Stansiyası gələn ilin oktyabrında elektrik enerjisi istehsal etməyə başlayacaq.
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
“Akkuyu AES-in birinci enerji blokunda elektrik enerjisinin istehsalına 2024-cü il oktyabrın 29-da başlanacaq. Digər reaktorlar isə bir il fasilələr ilə istifadəyə veriləcək”, – nazir bildirib.
“Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir.