6 C
Baku
Sunday, December 15, 2024

Akman-ın ən böyük səhvi

Herbalife şirkətində Pershing Square Capital Management fondunun yaradıcısı və sahibi Daniel Akman-ın investisiyası onun biznesinin tarixi boyunca ən pis vəziyyətə düşmüşdür. Qeyd edək ki, onun biznesi öz başlanğıcını 2004-cü ildən götürür.

Qida əlavələri ilə məşğul olan Herbalife şirkətinin səhmlərindən pul qazanmaq cəhdi onun üçün uğursuzluqla nəticələndi. Akman 49% həcmində zərərlə üz-üzə qalmışdır. Fond məhz bu faizi illik yığıncaqda öz investorlarına təqdim etməli idi.

Bir faktı qeyd edək ki, Akman keçən ilin əvvəlində Herbalife şirkətinin geniş perspektivlərindən bəhs etmişdi. Ola bilsin ki, bu da onun ən böyük səhvi idi. Çünki Pershing Square Capital Management fonduna qarşı dərhal iki maliyyə nəhəngi – Karl Aykan və Corc Soros çıxış etdi. Onlar sözün əsl mənasında Akmanı küncə sıxışdırmışdılar.

İlk öncə Akman şirkətin səhmlərini iri bir məbləğə alır, daha sonra isə oyuna Soros da qoşulur.

Lakin Akman-ın bu günə qədər bir çox belə uğursuzluqları olub və kifayət qədər təcrübəyə sahibdir. Qısası Pershing Square Capital Management bazarda yaxşı gəlir əldə etməyi bacarır və digər uğurlu investisiyalar zərəri ört-basdır edə bilib.

Son xəbərlər
Digər xəbərlər