7 C
Baku
Wednesday, February 28, 2024

Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?

Vergi Məcəlləsinə əsasən, aksiz markası ilə bağlı qanun pozuntusuna görə cəzalar tətbiq olunur.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Qeyd olunub ki, Vergi Məcəlləsinin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına və ya məcburi nişanlama ilə nişanlanmamasına, tam uçota alınmamasına, aksiz markalarının və məcburi nişanlamanın inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergiödəyicisinə 5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər