Aksiz – məhsulların ayrı-ayrı növləri üçün nəzərdə tutulmuş dolayı verginin bir növüdür.
Aksizlər bir çox hallarda məhsulların son dəyər səviyyəsini təyin etməklə markalanmamış məhsulların qiymət strukturuna aid edilir.
Dövlət yarandığı andan xəzinəni doldurmaq üçün vətəndaşlardan onların vergi ödədiklərinin fərqində olmayacağı, könüllü şəkildə əlavə vergi ödəyəcəyi üsulları axtarıb tapmağa başlamışlar. Bu zaman vətəndaşlar vergi ödədiklərini hiss etməyəcək, onlardan tutulan vergi isə avtomatik şəkildə həyata keçiriləcəkdi.
Aksiz vergitutmanın ən qədim növü hesab edilir. Məsələn, Roma imperiyasının hökmdarları bu vergi növündən dövlət xəzinəsini doldurmağın ən yaxşı üsulu kimi istifadə edirdilər. Əsrlər boyu vergilərdən istifadə edilməsi sübut edir ki, aksizlər – büdcənin ən etibarlı gəlir mənbələrindən biridir. Aksizlərin üstün cəhətlərini isə nəhəng ingilis iqtisadçısı U. Peti özünün “Vergi və yığım traktatı” (1662) əsərində izah etmişdir. O aksiz vergi növünün faydalı olduğunu sübut edən 4 dəlil gətirmişdir:
1. Təbii ədalət – hər bir kəsin əslində istehlak etdiyi qədərilə ödəməli olduğunu tələb edir. Nəticədə də bu vergi növünü məcburi və yaxud zorla yığılan vergi adlandırmaq olmaz və aksiz vergisi təbii ehtiyac qarşılığında ödənilir.
2. Bu vergi növü qənaət xarakterlidir və insanların zənginləşməsinin yeganə üsuludur.
3. Heç kəs bir məhsul üçün ikinci dəfə vergi ödəmir, çünki heç nə 1 dəfədən artıq istifadə oluna bilməz.
4. Zənginləşməyin bu üsulunda ölkənin güc və sənayesində daim varlanmaq, inkişaf amillərini görmək mümkündür.
Lakin aksizlərin bu kimi üstün cəhətlərinə baxmayaraq, əsrlər ərzində iqtisadi fikir dəyişikliklərə məruz qalmışdır.