Azərbaycanda aksiz verginin dərəcələri artırılır və bununla bağlı Azərbaycan Respublikası Milli Məclisi artıq 1-ci oxunuşda qərar qəbul edib.
Belə ki, konkak və konyak materialları istisna olmaqla bütün alkoqollu içkilər, tütün məhsulları, və alkoqolsuz energetik (alkoqolsuz və ya alkoqollu) içkilər üzrə aksiz dərəcələrinin artılması nəzərdə tutulur.
Hazırda təklif edilir ki,
– alkoqolsuz və alkoqollu enerji içkisinin hər litirinə 3 manat, 3,1 manatla;
– araq (vodka) tündləşdirilmiş, likyor və içməli spirtlərin hər litrinə 2 manat, 3,2 manatla;
– şampan şərabı – hər litrinə 2,5 manat, 2,6 manatla;
– şərablar və şərab materialları – hər litrinə 0,1 manat, 0,2 manatla;
– pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli – digər içkilər hər litrinə 0,2 manat, 0,5 manatla;
– siqarilla (nazik siqarlar), tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri – 1000 ədədinə 20,0 manat, 31 manatla əvəz edilməsi təklif edilir.
“Məsələ orasındadır aksiz dərəcələrinin artımı çıxış yolu deyil”, – bunu Banker.az-a iqtisadçı Rauf Qarayev deyir.
O bildirib ki, bu mallara daim olduğu üçün və eləcə də ən asan yol olduğundan büdcəni doldurmaq üçün atılan addımdır.
“Polkaaltı” araqlar bazara çıxa bilər
Məlumdur ki, bu addımdan sonra Azərbaycan ərazisində istehlak olunan spirtli, enerji və digər alkoqollu içkilərin qiymətinə mühüm təsirlər edəcək. Daha dəqiq desək müəyyən faizlə bahalaşması ehtimalı böyükdür.
“Spirtli içkilərin qiymətlərin artması kustar üsulla hazırlanan malların bazara çıxmasına yol açacaq”.
Ekspert SSRİ-nin dönəmini örnək gətirərək bildirir ki, həmin vaxtlarda analoji hal yaranmışdı və buda öz növbəsində “polka altı” araqların ortaya çıxmasına gətirib çıxarmışdı.
Qeyd etməliyik ki, Azərbaycanda cari ildən başlayaraq istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilib.