10 C
Baku
Wednesday, December 11, 2024

Aksiz vergisi üzrə daxilolmalar 23% artıb

Yanvar-oktyabr aylarında aksiz vergisi üzrə daxilolmalar ötən ilin eyni ayları ilə müqayisədə 23 faiz artaraq 669,9 milyon manata çatıb.

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər isə 20 faiz artıb.

Əlavə dəyər vergisinin ümumi məbləği 18 faiz artyaraq 3 milyard 756,87 milyon manata çatıb. Əmlak vergisi üzrə 16 faiz, hüquqi şəxslərin mənfəət (gəlir) vergisində isə 7 faizlik artım qeydə alınıb.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər