Qazaxıstanın cənub-qərbindəki Aktau şəhərində etiraz mitinqi tam başa çatıb.
Bir neçə gündür qiymət artımına etiraz edən sakinlər bu gün artıq çadırları və digər vasitələri yığışdırıblar.
Aktau polisi meydanı tərk etməkdən imtina edən bir neçə şəxsi saxlayıb.
Qeyd edək ki, ölkədə yanvarın 2-dən etibarən qiymət artımı ilə bağlı etiraz aksiyaları başlayıb. Aksiyalar daha sonra iğtişaşlara çevrilib.
Bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edilib.