23 C
Baku
Sunday, June 15, 2025

Aktauda Xəzər dənizində ən böyük konteyner qovşağı işə salınıb

Aktauda Xəzər dənizində ən böyük konteyner qovşağı işə salınıb.

Bu barədə “Sputnik Qazaxıstan”ın məlumatında bildirilib.

Məlumata görə, yeni qovşaq tranzit imkanlarının artımını təmin edəcək və Qazaxıstanın Şərq-Qərb, Şimal-Cənub və digər beynəlxalq marşrutlarda mühüm halqa kimi mövqeyini gücləndirəcək.

Müasir logistika infrastrukturu, o cümlədən Qazaxıstanda analoqu olmayan qabaqcıl texnologiyalar konteyner yüklərinin emalını əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Layihə “Qazaxıstan Dəmir Yolu” şirkəti (onun törəmə şirkəti KTZ Express ASC tərəfindən təmsil olunur) tərəfindən Lianyunqanq limanı (Çinin ən böyük limanlarından biri) və “NC Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” ASC ilə birgə həyata keçirilib.

Layihənin baş podratçısı Çinin ən böyük dövlət korporasiyalarından biri “China Communications Construction Company” (CCCC) konsorsiumu olub.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər