2024-cü ilin sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,0 faiz artaraq 784,8 min olub.

Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Aktiv ƏDV ödəyicilərinin sayı 10,4 faiz artaraq 50,4 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 3,1 faiz artaraq 211,0 min təşkil edib.