2023-cü il noyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6.1 faiz artaraq 755.4 min olub.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12.2 faiz artıb və 44.8 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 7.9 faiz artaraq 204.2 minə çatıb.