Aktivlərin idarə olunması üçün etibarlı şirkəti neçə seçə bilərik? Ekspertlər bazarın liderləri ilə əməkdaşlıq etməyi məsləhət görürlər. Belə şirkətlər “möhkəm” aktivləri idarə edir, yüksək reytinqlərə sahib olurlar və s. Digər tərəfdən, belə şirkətlər heç də həmişə müvafiq xidmət səviyyəsi və gözlənilən idarəetmə nəticələri nümayiş etdirmirlər. Məsələ ondadır ki, nəhəng idarəedici şirkətlər maksimum dərəcədə diqqəti milyardlarla aktivə sahib “pullu” müştərilərə ayırırlar.
Beləliklə, aktivlərin sayı doğru şirkətin seçilməsində müəyyənedici faktor olmamalıdır. Bu zaman ən uyğun şirkət rolunda orta səviyyəli aktivlərə sahib və yüksək keyfiyyətli xidmət göstərən şirkətlər oynayır. Uyğun gələn variantları qiymətləndirərkən şirkətlərin reytinqdəki yerini və açıq paylı (səhmli) investisiya fondlarının sayını nəzərə almaq lazımdır. Onların gəlirliyi sayəsində şirkətin idarəedicilik qabiliyyəti ilə bağlı mühakimə yürütmək mümkündür.
Həmçinin idarəedici şirkətin öz vəsaitlərinin kifayət dərəcədə olmasını da araşdırın. Şirkətin bazarda işləmə arıdıcıllığı mühüm amillərdən biridir və şirkətin menecerlərinin professionallıq dərəcəsini qiymətləndirməyə çalışın. İş təcrübəsi ilə bağlı məlumatlar adətən rəsmi saytda nümayiş etdirilir. Buradan həmçinin hesabatlar, lisenziya və s. kimi mühüm cəhətlər barədə məlumat əldə edə bilərsiniz.
Bundan sonra seçdiyiniz şirkətlə strategiyaları müəyyən etmək olar. Müqavilə imzalanmamışdan öncə ciddi şirkətlər müştərilərin risk-profilini aşkar etmək üçün xüsusi testdən keçməsini tələb edə bilərlər. Bu test investorun gəlir əldə etmək naminə hansı risklərə gedə biləcəyini müəyyən etməyə imkan verir.