İŞÇININ VƏZIFƏSI:
- Bankın filiallarında yaranmış problemli kreditlər üzrə girov təminatı olan daşınmaz və daşınar əmlakın idarə edilməsi ilə məşğul olmaq;
- Məhkəmə qərarları əsasında və risk altında statusuna aid edilmiş kreditlər üzrə Banka verilmiş təminatların uçotunu aparmaq;
- Aşkara çıxarılan bütün nöqsanlar barədə rəhbərliyin məlumatlandırımasını həyata keçirmək;
TƏLƏBLƏR:
- Ali təhsil;
- Azərbaycan və rus dilini yaxşı səviyyədə bilməli;
- Müvafiq sahədə iş təcrübəsi 3 ildən artıq olmalı;
- Daşınmaz əmlakların satışın təşkili barədə qanunu bilməli;
- Stres altında işləməyi bacarmalı;
- Analitik təhlil qabiliyyətinə malik olmalı;
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Əla ünsiyyət bacarığı, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aktivlərin İdarə Edilməsi şöbəsinə müdir müavini) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.