14 C
Baku
Wednesday, April 17, 2024

Aktivlərindən ən yaxşı istifadə edən banklar – RENKİNQ

Azərbaycanda 30 bankdan 25-i xalis mənfəətlə qalan 5-i isə zərərlə 2018-ci ili bitirib. Bank sektoru ümümilikdə 305,61 mln. xalis mənfəət edib ki, bu da ümumi aktivlərin 1,03%-ni təşkil edib. 

Nisbət – mənfəət (zərərin) aktivlərə nisbəti götürlür.

2019-cu il yanvarın 1-nə olan hesabata görə, aktivlərindən ən yaxşı istifadə edən  bank ölkənin ən böyük bankı olan Beynəlxalq Bankdır. Adıçəkilən bankın mənfəətinin aktivlərdə nisbəti 5,37% təşkil edib.

İkinci yeri isə ilk pillədəki bankdan o qədər də uzaq olmayan “Gilan Holding”in 99% pay sahibi olduğu AFB Bank-dır. Bu bankın mənfəətinin aktivlərdə nisbəti  5,2% olub.

Üçüncü pilləni isə bu mənfəətə çıxmış Unibank tutur ki, bu bankda bu nisbət 4,37%-dir. 

Banker.az tam siyahını təqdim edir:

52343 copy

Son xəbərlər
Digər xəbərlər