Banker.az 2022-ci il üzrə Azərbaycanda aktivlərindən ən yaxşı istifadə edən, yəni aktivlərinin mənfəətlik əmsalında yuxarı nəticə qazanan bankları araşdırdı.
Siyahıya 5.26%-lik göstərici ilə Bank of Baku liderlik edir. İkinci sırada Bank VTB, üçüncü sırada isə Kapital Bank-dır.
Aktivlərin mənfəətlik əmsalı (Return on Assets – RoA) əldə edilmiş mənfəətin (Net profit – NP) cəmi aktivlərə (Total Assets – TA) bölünməsi ilə hesablanır:
RoA = 100% x NP / TA
Burada, mənfəət dedikdə gəlirlərdən maya dəyərini, bütün xərcləri, faiz, vergi və amortizasiyanı çıxdıqdan sonra qalan məbləğdir. Bu əmsal ilə şirkətin aktivlərinə nisbətlə yetərli miqdarda mənfəət əldə edib -etmədiyi analiz edilir.
Aktivlərin mənfəətlik rasyosu ilə şirkətlərin sahib olduqları bütün aktivlərin hansı nisbətdə effektiv istifadə edildiyini göstərir.