27 C
Baku
Monday, July 21, 2025

Aktivlərindən 2025-ci ilin ilk yarısında ən yaxşı istifadə edən (RoA) bankların RENKİNQİ

Banker.az 2025-ci ilin ilk yarısı üzrə Azərbaycanda aktivlərindən ən yaxşı istifadə edən, yəni aktivlərinin mənfəətlik əmsalında yuxarı nəticə qazanan bankları araşdırdı.

Siyahıya lider 2.61 faiz ilə “Bank Melli Iran”ın Bakı filialıdır. İkinci sırada 2.26 faizlə “Bank Avrasiya” və üçüncü sırada isə 1.87 faizlə “Bank VTB” dayanır.

Aktivlərin mənfəətlik əmsalı (Return on Assets – RoA) əldə edilmiş mənfəətin (Net profit – NP) cəmi aktivlərə (Total Assets – TA) bölünməsi ilə hesablanır:

RoA = 100% x NP / TA

Burada, mənfəət dedikdə gəlirlərdən maya dəyərini, bütün xərcləri, faiz, vergi və amortizasiyanı çıxdıqdan sonra qalan məbləğdir. Bu əmsal ilə şirkətin aktivlərinə nisbətlə yetərli miqdarda mənfəət əldə edib-etmədiyi analiz edilir.

Aktivlərin mənfəətlik əmsalı ilə şirkətlərin sahib olduqları bütün aktivlərin hansı nisbətdə effektiv istifadə edildiyini göstərir.

wewqew

Son xəbərlər
Digər xəbərlər