Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Koltek Müşavirlik Anonim Şirkəti ilə 5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Akuşa kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə sənədlərinin hazırlanması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4 795 941 manatdır.
Qeyd edək ki, KOLTEK 1988-ci ildə qurulmuş, ölkə daxilində və xaricdə çoxşaxəli mühəndislik xidmətləri göstərən texniki məsləhət şirkətidir.