9 C
Baku
Sunday, November 17, 2024

“Al Market”ə 8 min manatadək cərimə protokolu yazılıb

“Al Market” MMC-yə ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin  271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 500  manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

İş Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun icraatındadır.

 

Son xəbərlər
Digər xəbərlər