-3 C
Baku
Sunday, December 15, 2024

“Al Market” cərimələnir

“Al Market” MMC əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar törədib.

Banker.az-a xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə irəli sürülüb.

Protokol Abşeron Rayon Məhkəməsinə göndərilib, hakim Vaqif Həsənova təyin edilib.

İXM-nin 211.3-cü maddəsinə görə, bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər