14 C
Baku
Monday, September 30, 2024

Alan Qrinspenin həyat yolu

Alan Qrinspen – unikal bir şəxsiyyətdir, o, heç şübhəsiz ki, bəşəriyyətin inkişaf tarixində çoxsaylı izlər qoymuşdur. Onun adı dahi şəxslər ilə bir sırada durur, həm müasir, həm də keçmiş hadisələrin qovşağında çəkilir.

1926-ci il, 6 mart daha bir məşhur maliyyəçi –Alan Qrinspenin doğum tarixi oldu. Alan (elə bütün məşhur maliyyəçilər kimi) yəhudi əsilli idi, bu dəfə isə söhbət Rumıniya yəhudilərindən gedir. Onun şəxsi həyatı uğursuz, bir az faciəvi olmuşdur: valideynləri o, hələ gənc ikən ayrılmış, atası doğma yerləri tərk edərək Bruklinə köçmüşdür, anası Rouz isə uşağın tərbiyəsi ilə məşğul olmuşdur. 

Onun yanında həmişə qohum-əqrəba çox olub, təkcə əmi uşaqlarının sayı 6 nəfər idi. Bu ailənin soyadı da onlar haqqında çox şey danışırdı – Qoldsmitlər. Maraqlıdır ki, Alanın doğma dayısı məşhur pianoçu idi və həmin dövrdə Brodveydə populyar bir müziklin çəkilişində iştirak edirdi. Qeyd edək ki, eyniadlı filmin əsasında məşhur Hollivud aktyorlarının iştirakı ilə yeni blokbaster çəkilmişdir. Deməli qohum baxımından onun bəxti gətirmişdir.

Hələ uşaq yaşlarında ikən Alan klarnetdə ifa etməyə maraq göstərib, eyni zamanda həmin dövrdə olduqca populyar oyun olan beysbol ilə də məşğul olub, həmçinin məşhur oyunçuların reytinqlərini də izləyib.

Onun riyaziyyat sahəsində gözlənilməz qabiliyyətinin üzə çıxması isə onu bütün elmi cəmiyyətlərdə əla bir şagird kimi tanınmasına səbəb oldu. Məhz Alan Qrinspen Tomas Kurts ilə birlikdə BASİC proqramlaşdırma dilinin ixtira edib. Onun Kurts ilə birlikdə oxuduğu məktəbdə (George Washington High School) Alan daha bir məşhur insan – Eynşteyn ilə tanış olur. O hətta bəzi tədqiqatlar zamanı Eynşteynin köməkçisi qismində də çalışıb.

1942-ci ildə Bill Sheinerin rəhbərlik etdiyi qrupda Alan peşəkar musiqiçi statusu qazanır. Nə qədər təəccüblü olsa da, Alan özünü ilk öncə daha çox musiqiçi kimi görürdü və məhz bu sahədə pul qazanmaq fikrində idi. O, məşhur cazmen Stenli Qets ilə tanış olur, Stenli ona unikal keçidlərin incəliklərini öyrətməyə çalışır. Daha sonra Alan məşhur Henry Jerome orkestrində ifa etməyə başlayır. Lakin belə görünür ki, tale onun həyatı ilə bağlı başqa qərar veribmiş. Qrinspenin maliyyəçi olmaq qərarını heç də təsadüfi adlandırmaq olmaz.

Alan əfsanəvi quldur Livermore haqqında çox oxumuşdu və J.P.Morqanın ideyaları yaxşı tanış idi. Bundan əlavə o, 1945-ci ilin payızında kommersiya məktəbinə daxil olur. «School of Commerce, Accounts and Finance» -bu onun doğma məktəbi idi. Daha sonra o, heç bir çətinlik olmadan Nyu-York universitetinə daxil olur və iqtisadiyyat sahəsi üzrə bakalavr təhsili alır. Magistr təhsilini də burda alandan sonra, o, fəlsəfə doktoru olmaq üçün Kolumbiya universitetinə daxil olur.

Şəxsi həyatına gəldikdə isə, 1952-ci ildə o, Coan Mitçell ilə ailə həyatı qurur. Coan Vinnipeqdə incəsənət tarixindən dərs deməklə öz həyatını qazanır. Alanın ilk ailəsi cəmi bir il keçəndən sonra dağılır. Nikah bir ildən artıq tab gətirmir. Bununla da onun aktiv sosial həyatı başlayır. 1954-cü ildə o, Townsend-Greenspan konsaltinq kompaniyasının həmtəsisçisi olur. Burada o, 1958-ci ildə iqtisadiyyatda tənəzzül olacağından xəbər verir. Bu zaman onu tanımağa başlayır və onun haqqında danışırlar.

Təəccüblü deyil ki, artıq 1974-cü ildə o, prezident yanında iqtisadi müşavirlərin idarə heyətinin sədri olur. Daha sonra, 1981-ci ildə isə ABŞ-da sığorta sisteminin islahatı üzrə yaradılmış milli komissiyanın başçısı təyin edilir. Ben Bernankenin namizədliyi təsdiqlənənə qədər isə o, 1987-ci ildən bəri Federal Ehtiyatlar Sisteminin idarə heyətinin sədri olur.

31 yanvar 2006 79 yaşlı sədr könüllü olaraq öz istefası ilə bağlı vəsatət qaldırır və bildirir ki, onun fikrincə artıq öz həyatına dəyişiklik etmək vaxtı yetişib. Onun yaşamış olduğu kəşməkəşli həyat buna tam əsas verir.

Olduqca maraqlı həyata malik, tarix və iqtisadiyyat sahəsində öz sözünü demiş bu görkəmli şəxsiyyət öz həyatının ictimailəşməsindən çox qorxurdu, məsələn o, heç zaman masanın altında mikrofonların gizlədilmədiyinə əmin olmayana qədər intervü verməzdi.

Onun əməkhaqqısı bu səviyyəli dövlət məmurları üçün nəzərdə tutulmuş əməkhaqqılar içərisində ən aşağı idi. Hətta ən az məvacib aldığı iddia edilən İngiltərə Bankının rəhbəri də öz işinə görə il ərzində Alandan daha böyük məbləğ alırdı.

Alan – yüksək zövqlü, ali ictimai təbəqə məxsus bir insandır. O, heç bir simpoziumu ötürmür və hər yerdə gözəl, cəlbedici xanımların müşayiətində peyda olur. O, yaşının bu çağında dünyanın ən gözəl meydançalarında, öz dostları ilə bilikdə böyük həvəslə qolf oynayır

Coan ilə ayrıldıqdan bir neçə il sonra o, uzun müddət jurnalist Barbara Uolters ilə birlikdə sevgi və nəvazişlə dolu həyat yaşayır. Barbara hətta ayrıldıqdan sonra belə, öz sevimli kişisi barədə yalnız xoş və isti sözlər söyləyir. O, Alanı bir az mühafizəkar, sadə, həssas, lakin bir az da qənaətcil insan kimi xarakterizə edir.

71 yaşında görkəmli maliyyəçinin şəxsi həyatında daha bir günəş doğur. O, Andrea Mitçel ilə evlənir, Evlilikdən öncəki 12 il ərzində isə Alan ona yalnız öz qəlibini və həyat üçün geniş imkanlar seçimi təklif edirmiş. Öz toyuna isə Alan köhnə göy kostyum geyinibmiş, çünki o, bütün həyatı boyu özünü insanlara necə təqdim etməsi məsələsi onu qətiyyən maraqlandırmayıb.

Əksər maliyyəçilərdən və dünya siyasətinə yaxın olan insanlardan fərli olaraq, Alan Qrinspen tək-tük adamlardan biridir ki, bütün həyatı boyu yüksək əxlaqı prinsiplər, şəffaf dürüstlük və yüksək yumor hissi nümayiş etdirmişdir, məhz bu xüsusiyyətlərinə görə doğmaları onun xətrini çox istəyirlər. Baffetin müəllifi olduğu “Həyatı sev və o da, cavabında səni sevəcək” sitatını –Qrinspen heç bir tərəddüd olmadan həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər