26 C
Baku
Saturday, July 27, 2024

Alan Stuart – dünyanın ən yaşlı məzunu

97 yaşlı avstriyalı Alan Stuart dünyanın ən yaşlı universitet məzunu tituluna sahibdir. O Yeni Cənubi Uels ştatında SCU universitetində tibb üzrə magistr dərəcəsini qazanmışdır.

Stuart Lismor şəhərində yaşayır və artıq bir neçə ildir ki, sözügedən bu statusa malikdir.

O 2006-cı ildə hüquqi dərəcə aldıqdan sonra Ginnesin rekordlar kitabına daxil edilmişdir. SCU universitetinin professoru Soni Brauni-nin sözlərinə görə onun yaşlı tələbəsi dərslərə qiyabi şəkildə, yəni internet vasitəsilə qoşularaq təhsil alırdı.

Stuart özünün ilk diplomunu 1936-cı ildə Sidney Stomatoloji universitetindən əldə etmişdi. Daha sonradan isə o Çikaqoda stomatoloji cərrahiyyə üzrə doktorluq dərəcəsinə də yiyələnmişdi.

Bəli, gördüyünüz kimi oxumaq heç vaxt gec deyil!

Son xəbərlər
Digər xəbərlər