“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb

“Alatava-Avtonəqliyyat” QSC-nin 2025-ci ildə xalis mənfəəti 12.3% azalaraq 4 219 manatdan 3 699 manata enib.

Banker.az bu barədə QSC-nin 31 dekabr 2025-ci il tarixinə olan mənfəət və zərər haqqında hesabatına əsasən xəbər verir.

Səhmdar cəmiyyətinin əsas əməliyyat gəlirləri ötən illə müqayisədə 55% kəskin artaraq 30 min manatdan 46 min 500 manata yüksəlib. Lakin gəlirlərlə bərabər satışın maya dəyəri üzrə xərclər də 2 dəfəyə yaxın artaraq 14 546 manatdan 28 333 manata çatıb.

Hesabat dövründə QSC-nin inzibati xərcləri 6 min 835 manat, sair əməliyyat xərcləri də 6 min 708 manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər