Ölkə kart bazarının unikal məhsulu olan ALBALI PLUS kartı bu dəfə partnyorlarını biznes aləmində deyil, futbol meydançasında bir araya gətirib. ALBALI PLUS kartının 5 yaşı ilə bağlı ALBALI PLUS Kuboku uğrunda Futbol Çempionatında 30-a yaxın komanda yaşıl meydanda rəqib olublar. Unibankın və partnyor komandaların qatıldığı çempionat aprelin 29-dan başlayıb. Hazırda 4 komanda yarımfinal mərhələdə mübarizəyə hazırlaşır. Mayın 27-si keçirələcək yarımfinal görüşündə PeraPlastic Group – Unibank və Metak – World Telecom komandaları final uğrunda yarışacaqlar. Finala çıxan iki komandanı isə iyunun 11-də Tennis Akademiyasının futbol meydançasında gərgin oyun gözləyir. Saat 19.00-da başlayan final oyununu hər kəs izləyə bilər. Hər birinizi həyəcan dolu final oyununu izləməyə və qalib komandaların möhtəşəm mükafatlandırma mərasiminə dəvət edirik.
Qeyd edək ki, “ALBALI PLUS” kuboku uğrunda futbol çempionatında dövlət qurumları və özəl şirkətlərin komandaları iştirak edib: Maliyyə Bazarlarına Nəzarət Palatası, GroupOne (Paul Restoranları), Kontakt Home, Bluplanet Distrubition (Go Sport və Courir mağazaları), Ştutqart, Araz Marketlər, World Telecom, Azroshen, Şərq Motors, Oba Marketlər, Barkers Univermağı, Dalğıc MMC, Goldenpay, Milli kart, Metak, Atəşgah Siğorta, PeraPlastic Group, VİB LTD, LC Waikiki, Axa Mbask, Bakcell, ICELAND və Unibank.
Çempionat olimpiya sistemi, yəni “uduzan çıxdı” qaydası ilə keçirilib. Oyunlar AFFA hakimləri tərəfindən idarə olunur. Qalib gələn komandaları kubok və medallarla yanaşı, pul mükafatı gözləyir. Çempionatın ən çox qol vurmuş oyunçusuna da xüsusi hədiyyə təqdim olunacaq.
Unibank-hər kəsin bankı!