Azərbaycan bank bazarında kifayət qədər taksit kartlar vardır. Lakin artıq son dövrlərdə plastik kartlara əlavə funksiyaların verilməsi, onların imkanlarının dahada genişləndirilməsi tendensiyası müşahidə edir. Bunlara misal olaraq sığorta bazarında Turbo kart ,bank bazarında isə Albalı + kartlarını göstərmək olar. Banker.az ekspertlərinin fikrincə bu tip addımı atmaq banklar üçün göründüyü kimi asan deyildir. Əsas çətinlik həmən kartların bazarda üzun müddət fəaliyyət göstərməsi nəticəsində bəlli bir auditoriyanı öz ətrafında birləşdirməsidir. Kartın yeni imkanları həm mövcud auditoriyanın ümidlərini doğrultmalı, həmdə yeni müştəri kontingeni özünə cəlb etməlidir.
Albalı + kartı Unibankın məhsuludur . İctimaiyyətə təxminən 1 ay öncə təqdim edilmişdir . Bəs bu kartın digər taksit kartlarından fərqi nədir?
- Albalı+ taksit kartıdır. Yəni bu kartla siz Unibankın partnyor mağazalarında hissə-hissə alış-veriş etmələ yanaşı, bonusda qazanacaqsınız.
- Bu kart həmdə ənənəvi kredit kartıdır. Yəni, siz bankdan maksimal məbləği 10 000 AZN olmaqla kredit əldə edirsiniz və eyni zamanda həmən kartdan adi kredit kimi yox, məhz taksit kimidə faydalanmaq imkanı qazanırsınız.
- Bu kart həmçinin depozit kartıdır. Yəni siz, kartı öz depozit hesabınıza bağlamaqla depozit məbləğindən asılı olmayaraq , kartınızdakı vəsaitinizə illik 1-6%-dək depozit faizi əldə edə biləcəksiniz. Sizə ayrılan illik faiz isə bankla olan münasibətinizdən asılı olaraq dəyişir.
- Albalı+ kartından həmçinin debet kartı kimidə istifadə etmək mümkündür. Yəni siz hesabınıza pul yerləşdirməklə həm internet vasitəsi ilə ödənişlər etmək imkanı qazanırsınız (adi ödəniş kimi,taksit bura şamil edilmir) həmdə elektron cüzdan kimi pulu saxlamaq imkanını qazanırsınız. Kartın çiplə təchis edilməsi isə sizə kartda olan pulu ehtiyac olduğu an Unibankın bankomatlarından çıxarmaq imkanı verir. Müsbət haldırki bank nağdlaşdırmaya görə əlavə faiz tutmur.
- Plastik kartın internet istifadəçilərinə verdiyi digər imkan şəxsi kabinetin olmasıdır. Kart sahibləri bu şəxsi kabinetlərində kredit borcu, qalıq məbləği və s. haqqında ətraflı informasiya ala bilərlər.
Comments are closed.