13 C
Baku
Saturday, May 18, 2024

Albalı Plus kuboku uğrunda çempionat yekunlaşır

Unibank-ın  ALBALI PLUS  Kuboku uğrunda  Futbol Çempionatı başa çatmaqdadır. Bu günlərdə Kubokun sahibləri məlum olacaq. Bank əməkdaşlarının və bankın 10-dan artıq partnyor komandalarının qatıldığı həyəcan dolu oyunlarda, 30-dan çox komanda  ALBALI PLUS  Kuboku uğrunda  gərgin mübarizə apardı. Avqustun 3-də Abu Arena İdman Kompleksində keçirilən  final oyunlarında qalib komandalar müəyyənləşəcək. Partnyor şirkətlərin və müştərilərin də qatılacağı kubok qaliblərinin təntənəli mükafatlandırılması mərasiminin iştirakçılarını  sürprizlər gözləyir.

Qeyd edək ki, ALBALI PLUS Kuboku uğrunda  Futbol Çempionatında  10-dan artıq şirkətin komandası iştirak edib: Mərkəzi Bank, Milli kart, Sinteks, Koton, Araz Marketləri, Favorit Market,  İntegral, World Telecom,  BOA, ABC Telecom (Kontakt) və  Flexi Kredit.

Çempionat olimpiya sistemi, yəni uduzan çıxdı qaydası ilə keçirilib.Oyunlar AFFA hakimləri tərəfindən idarə olunur. Qalib gələn komandaları  kubok  və  medallarla yanaşı, pul mükafatı gözləyir.  Çempionatın ən çox qol vurmuş oyunçusuna və ən yaxşı qapıçısına da xüsusi hədiyyə təqdim olunacaq.

Hər birinizi 3 avqust saat 19.00-da başlayacaq həyəcan dolu final oyunlarını izləməyə və qalib komandaların  möhtəşəm mükafatlandırma mərasiminə dəvət edirik.

Son xəbərlər
 ⁠
Digər xəbərlər