21 C
Baku
Tuesday, October 8, 2024

Albalı və gilas bu il Azərbaycana 49 milyon dollar valyuta gətirib

2020-ci ilin yanvar-sentyabr aylarında ixrac olunan əsas qeyri-neft mallarının siyahısında albalı və gilas ixracı da yer tutur.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında qeyd edilib.

Bu ilin 9 ayında Azərbaycan xaricə 48.7 milyon ABŞ dolları dəyərində albalı və gilas ixrac edilib. Ötən ilin müvafiq dövründə isə ixrac edilən albalı və gilasın dəyəri 42.3 milyon ABŞ dolları idi.

Belə ki, illik müqayisədə Azərbaycanın albalı və gilas ixracı 6.4 milyon ABŞ dolları və yaxud 15% artıb.

Son xəbərlər
Digər xəbərlər