6 C
Baku
Sunday, December 15, 2024

Albaniya Azərbaycanla enerji təchizatı sahəsində əlaqələri dərinləşdirmək istəyir

Bakı Qlobal Forumu ideyalarla, yanaşmalarla zəngindir.

Bu barədə Albaniya Prezidenti İlir Meta jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bəzən bu diskussiyalar qızğın ola bilər: “Amma biz müzakirə üçün burdayıq. Debatlar, diskussiyalar aparmaq, yanaşmaları bölüşmək, təhdid və çağırışlara ən yaxşı həll yollarını tapmaq üçün belə platformalar önəmlidir. Xüsusilə hazırda üzləşdiyimiz təhlükəsizlik təhdidləri qeyd olunmalıdır. Hazırkı vəziyyəti, Rusiyanın Ukraynaya qarşı ədalətsiz müharibəsini nəzərə alsaq… Bu müharibə bəşəriyyət adına utancdır”.

Albaniya Prezidenti deyib ki, COVID-19 pandemiyasının qlobal səviyyədə ciddi təsirləri olub, pandemiya iqtisadiyyata, insanların həyatına təsir edib.

İlir Meta vurğulayıb ki, Qərbi Balkanların Cənubi Qafqazla oxşarlıqları var.

“Mən enerji təhlükəsizliyi sahəsində təhdidləri qeyd etmək istərdim. Biz Azərbaycanla əlaqələrimizi daha necə dərinləşdirə bilərik – xüsusilə də enerji təchizatı sahəsində – bunu müzakirə edirik. Bu, yalnız bizim üçün yox, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir. Bildiyiniz kimi, biz Azərbaycanla TAP IGB üzərində işləyirik. Əminəm ki, Avropa İttifaqı da bu ortaq layihəni daha çox dəstəkləyəcək”, – İlir Meta əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər