Albaniya Xalq Assambleyasının (birpalatalı parlament) deputatları Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Bayram Beqayı ölkənin yeni prezidenti seçiblər.
Bu barədə yerli “Radio Televizioni Shqiptar” dövlət xidməti məlumat yayıb.
Onun sözlərinə görə, Beqay 78 səs qazanıb, onlardan 74-nü hakim Albaniya Sosialist Partiyasının deputatları vasitəsilə əldə edib.
Beləliklə, Beqay ölkənin səkkizinci prezidenti olacaq və iyulun 24-də hazırkı prezident İlir Metanın səlahiyyət müddəti başa çatdıqdan sonra bu vəzifəni icra edəcək.