17 C
Baku
Saturday, May 18, 2024

Albaniya Prezidenti Azərbaycanda səfərdədir – Yenilənib

16:23

Albaniya Prezidenti Bayram Beqay iyulun 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Bayram Beqayı və xanımı Armanda Beqayı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

14:31

Albaniya Prezidenti Bayram Beqay Azərbaycana dövlət səfərinə gəlir.

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Səfə çərçivəsində ikitərəfli əməkdaşlıq, Albaniyadan qazın regionun digər ölkələrinə paylanması layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər