21 C
Baku
Friday, September 12, 2025

Albaniya süni intellekti nazir təyin edən ilk ölkə oldu

Süni intellekt əsasında hazırlanmış model Albaniyada “AI-nazir” qismində istifadə ediləcək və “Diella” adını (“diella” albanca “günəş” deməkdir, qadın adıdır) daşıyacaq.

Ölkənin Baş naziri Edi Rama bildirib ki, “Diella” hökumətin özəl şirkətlərlə müqavilələr bağladığı tenderlərlə məşğul olacaq. Nəticədə dövlət satınalmaları korrupsiyadan qorunacaq.

Qeyd edək ki, “Diella”nın ilk prototipi yanvar ayında “e-Albania” portalında təqdim edilib. Bundan əvvəl “Politico” yazmışdı ki, Edi Rama ölkəni 2030-cu ilə qədər tamamilə nağdsız ödəniş sisteminə keçirməyi planlaşdırır ki, insanlar milli zarafatda deyildiyi kimi pullarını “AK-47-nin yanında”, “döşək altında” saxlamasınlar.

Son xəbərlər
Digər xəbərlər