18 C
Baku
Monday, September 25, 2023

Albaniyanın keçmiş prezidenti vəfat edib

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Albaniyanın keçmiş prezidenti Buyar Nişani Almaniyada klinikalardan birində 56 yaşında vəfat edib.

Bu barədə Şimali Makedoniyanın “21.TV” portalı məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl Nişani ağır vəziyyətdə Almaniyadakı klinik xəstəxanalardan birinə yerləşdirilib. Keçmiş dövlət başçısının hansı xəstəlikdən öldüyü barədə məlumat verilmir.

Buyar Nişani 2012-2017-ci illərdə Albaniyanın prezidenti olub. Buna qədər isə müxtəlif dövrlərdə siyasətçi daxili işlər və ədliyyə nazirliklərinə rəhbərlik edib.

 

 

Son xəbərlər
Digər xəbərlər
X