19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Albert Eynşteyn: “Təhsil – məktəbdə öyrəndiklərinizi unutduqda ağlınızda qalandır”

Screen Shot 2021 09 02 at 14.34.20

Albert Eynşteyn – dahi alimdən daha artıq bir şəxsiyyət idi. Onun sitatları bəzən dərin quyunu xatırladır, çünki onlar səni özünə doğru çəkə bilər.

  • İstənilən ağıllı axmaq hər şeyi çətin və daha qəddar edə bilər. Lakin bütün bunların hamsını əks istiqamətdə hərəkət etdirmək üçün bir dahi əli və çoxlu cəsarət tələb olunur.
  • Təsəvvür bilikdən daha vacibdir.
  • Allahın nə düşündüyünü bilmək istəyirəm. Yerdə qalanı detallardır.
  • Çox inadkar reallıq istisna olmaqla, reallıq – sadəcə olaraq illuziyadır.
  • Yeganə real dəyər – intuisiyadır.
  • İnsan öz çərçivələrindən çıxmağı bacardığı an yaşamağa başlayır.
  • Əminəm ki, o (Allah) təsadüflərə yol vermir.
  • Zəif davranışların əsas səbəbi xarakterin zəifliyidir.
  • Heç vaxt gələcək haqqında düşünmürəm. O istənilən halda çox sürətlə gəlir.
  • Dünyanın sonsuz tapmacası – onun dərkedilən olmasıdır.
  • İnsan əksər hallarda havayı əldə etdiklərinin bədəlini ağır ödəyir.
  • Elm din olmadan axsayır. Din isə elmsiz kordur.
  • Ruhən dahi olan insanlara adətən ən böyük müqaviməti zəif ağıla sahib olanlar edər.
  • Elm – gözəldir, əgər bununla yaşamaq üçün pul qazanmalı deyilsinizsə.
  • Kreativliyin sirri – onun mənbələrini gizlətmək bacarığıdır.
  • Texnoloji inkişaf – silsilə qətllər törədən qatilin əlindəli baltadır.
  • Sülhü güc ilə qorumaq mümkün deyil. Buna yalnızca qarşılıqlı anlayış ilə nail olmaq olar.
  • Problemi həll etmək üçün onu yaradarkən istifadə etdiyimiz düşüncə metodlarından istifadə edə bilmərik.
  • Təhsil – məktəbdə öyrəndiklərinizi unutduqda ağlınızda qalandır.
  • Əsas olan sual verməyi tərgitməməkdir. Maraq təsadüfən yaranmayıb.
  • Riyaziyyat ilə probleminiz varsa narahat olmayın. İnanın mənə, mənim onunla daha çox problemim var.
  • Əgər A – həyatdakı uğurdusa, o zaman А = x+y+z. Burada x – iş, y – oyun, z – dilinizi dinc saxlamağı bacarmaqdır.
  • Həyatda iki şey sonsuzdur – kainat və insanın axmaqlıq dərəcəsi. Lakin mənim kainat ilə bağlı şübhələrim var.
  • İnsanların üçüncü dünya müharibəsində nə ilə müharibə edəcəklərini deyə bilməsəm də, dəqiq olaraq bilirəm ki, dördüncü dünya müharibəsində onlar nizə və daşdan istifadə edəcək.
  • Ölümdən qorxmaq – bütün qorxuların içərisində ən mənasızıdır. Çünki ölü insanın başına artıq pis heç nə gələ bilməz.
  • Atom enerjisinin yaradılması düşüncəmizdən başqa hər şeyi dəyişdi. Bunu daha əvvəldən bilsəydim, saat ustası olardım.
  • Dahi şəxslər daim həm dövrlərinin müxalifliyi ilə qarşılaşırlar. Sonuncular anlaya bilmirlər ki, nəyə görə bir insan ənənəvi inanc və iddialara tabe olmur, səmimi və cəsarətlə öz şüurlarını müdafiə edirlər.
  • Yaşaya biləcəyimiz ən gözəl şey naməlumluqdur. Bu incəsənət və elmin mənbəyidir.
  • İmtahanlardan əvvəl bunun mənim xoşuma gəlib, gəlməməyindən asılı olmayaraq çoxlu sayda məlumatı beynimə doldurmalı olurdum. Bu məlumatlara qarşı duyduğum ikrah hissi məndə elə güclü iz qoymuşdu ki, son imtahandan sonra istənilən elmi məsələ bütün bir il ərzində məndə “iyrənclik” duyğusu yaradırdı.
Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər