15 C
Baku
Monday, May 6, 2024

Albert Eynşteyndən 10 həyat dərsi

1. Maraqlarınızın ardınca gedin. 

“Mənim xüsusi bir istedadım yoxdur. Yalnız maraqlarımın ardından gedən biriyəm”.

Sizin marağınızı cəlb edən nədir? Ən çox nəyə maraq göstərirsiniz? Mənim maraqlandığım sahə nəyə görə bəzi insanların uğurlu, bəzilərin isə uğursuz olmasıdır. Əgər maraqlarınızın ardıyca getsəniz, uğura nail olacaqsınız.

2. Əzm qiymətsizdir.

“Çox ağılllı olduğum üçün deyil, əngəllərlə mübarizə etməkdən imtina etmədiyim üçün uğur qazandım”.

Qarşınıza qoyduğunuz məqsədə çatan yolda axıra qədər gedəcək qədər səbirlimisiniz?

3. Gücünüzü bu günə yönəldin.

“Gözəl bir qızı öpərkən avtomobili düzgün şəkildə idarə edən şəxs öpüşə lazımi diqqəti ayırmır”.

Eyni anda iki atı sürə bilmərik. Nələrsə edə bilərsiniz, amma hər şeyi edə bilməzsiniz. Gücünüzü bugünkü günə yönəldin və bütün enerjinizi bu anda etdiyiniz işə sərf edin.

4. Təxəyyül sizə güc verir.

“Təxəyyülün gücü hər şeydir. Təxəyyül gücü bilikdən daha vacibdir “.

Təxəyyül bacarığınız sizin gələcəyinizi təxmin edir. Eynşteyn belə söyləmişdi: “Ağlın əsas göstəricisi təxəyyül gücüdür, bilik deyil”.

5. Səhvlər buraxın.

“Heç bir səhv buraxmamış insan yeni bir şey sınamamış biridir”.
Səhv buraxmaqdan qorxmayın. Uğur qazanmaq istəyirsinizsə, daha çox səhv buraxın”.

6. İndiki anı yaşayın.

“Mən gələcəyi heç düşünmürəm, necə də olsa o, bir gün gələcək”.

7. Dəyərlərinizi təyin edin.

“Uğurlu olmağa deyil, dəyərli olmağa çalışın”.

Vaxtınızı uğurlu olmağa deyil, dəyərli olmağa sərf edin. Əgər dəyərli olsanız, uğur özü özü ilə gələcək.

8. Fərqli nəticələr gözləməyin.

“Eyni işləri dəfələrlə etmək, amma fərqli nəticələr gözləmək dəlilikdir”.

Həyatınızı dəyişdirmək istəyirsinizsə, ilk növbədə, özünüzü dəyişdirin.

9. Bilik təcrübədən asılıdır.

“Bilik məlumat demək deyil. Biliyə sahib olmağın yeganə yolu təcrübə etməkdir”.

Hər hansısa bir mövzü ətrafında mübahisə edə bilərsiniz. Amma bu sizə yalnız fəlsəfi bir anlayış qazandıracaqdır. Hər hansısa mövzu haqqında məlumat almaq istəyirsinizsə, onu təcrübədən keçirdin.

10. Qaydaları öyrənin, daha yaxşı oynayın.

“Oyunun qaydalarını öyrənmək məcburiyyətindəsiniz. Beləliklə, hər kəsdən yaxşı oynaya biləcəksiniz”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər