Aleksandar Vuçiç İlham Əliyevi Serbiyaya rəsmi səfərə dəvət edib

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

Dövlət başçısı dəvətini oktyabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən çatdırıb.

“Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevi Serbiyaya rəsmi səfər etməklə bağlı dəvətini çatdırmağı xahiş edib”, – nazirlikdən bildirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər