12 C
Baku
Şənbə, Dekabr 4, 2021

Aleksandr Lukaşenko: “Birdən Avropanın qazını kəssək? Onda nə olar?”

Belarus Avropa sanksiyalarının yeni paketlərinə sərt cavab verməyə hazırdır.

BELTA xəbər verir ki, bunu bu gün Nazirlər Şurasının rəhbərliyi ilə görüşdə prezident Aleksandr Lukaşenko deyib.

“Polşa bizi sərhədləri bağlayacağı ilə qorxudur. Buyurun bağlayın, daha az adam ora qaçacaq. Onzus da məsələ bu deyil. Bəs biz Belarusdan tranziti bağlasaq? Ukraynadan bu keçmir, çünki bu ölkənin Rusiya ilə sərhəddi bağlıdır. Baltikyanı yollar yoxdur. Biz yolu polyaklar və almanlar üçün bağlasaq, onda nə olacaq? Biz öz suverenliyimizi və müstəqilliyimizi müdafiə edərkən heç nədə tərəddüd etməməliyik”, – deyə Lukaşenko bildirib.

Belarus prezidenti qeyd edib ki, Yamal – Avropa transmilli əsas ixrac qaz kəməri ölkə ərazisindən keçir və son vaxtlar Rusiyadan Qərbə qaz tranzitinin həcmi xeyli artıb.

“Biz Avropanı qızdırırıq, hələ də bizi hədələyirlər ki, sərhədi bağlayacaqlar. Bəs biz orada təbii qazı kəssək? Ona görə də mən Polşa rəhbərliyinə, litvalılara və digər başsız adamlara danışmazdan əvvəl düşünməyi tövsiyə edərdim. Amma bu, onların öz işidir. Əgər bağlamaq istəyirlərsə, qoy bağlasınlar. Amma XİN Avropadakı hər kəsə xəbərdarlıq etməlidir: əgər bizə qarşı qəbuledilməz əlavə sanksiyalar tətbiq etsələr, cavab verməliyik. Necə cavab verəcəyik, bunu 6 ay əvvəl sizinlə razılaşmışıq”, – o əlavə edib.

Mənbə:Virtual.org
Son xəbərlər
Oxşar xəbərlər
X