13 C
Baku
Saturday, November 23, 2024

“Alfa-bank Qazaxıstan” sanksiyalara görə yeni mülkiyyətçi axtarır

ABŞ-ın sanksiyalarına məruz qalan “Alfa-bank”ın Qazaxıstandakı törəmə şirkəti özünə yeni mülkiyyətçi axtarır.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bankın idarəedici direktoru Andrey Timçenko məlumat verib.

“Biz bankda səhmdarın dəyişdirilməsi ilə bağlı bir sıra investorlarla danışıqlar aparırıq. Çox sevindirici haldır ki, bankımızın reputasiyası, fəaliyyəti, keyfiyyəti maraq doğurub və artıq 10-dan çox şəxs sənədlərimizi, maliyyə hesabatlarımızı nəzərdən keçirir”,

Onun sözlərinə görə, sövdələşmə bir neçə həftə ərzində bağlana bilər. Həmçinin bir sıra banklarla kredit portfelinin satılması ilə bağlı danışıqlar aparılır.

“Ümumilikdə, hazırda təxminən 100 milyard tenge dəyərində sövdələşmə haqqında danışıqlar gedir. Bu, bizə icra etməli olduğumuz sorğuların əksəriyyətini qarşılamağa imkan verir”, – deyə Andrey Timçenko əlavə edir.

Qeyd edək ki, sanksiyalara görə Qazaxıstan bankı dollar və avro ilə əməliyyatlar apara bilmir. Məhz buna görə təxminən 100 milyard tenge dəyərində olan kredit portfelinin satışı üzrə danışıqlar aparılır.

ABŞ aprelin 6-sında Rusiyanın “Sberbank”, “Alfa-bank” banklarına və onların törəmə şirkətlərinə qarşı bloklayıcı sanksiyalar tətbiq edib. Amerikanın maliyyə sistemi ilə əlaqəli bütün bank aktivləri dondurulub.

ABŞ-ın Maliyyə Nazirliyinin saytında verilən məlumata görə, “Alfa-bank”ın Qazaxıstandakı törəmə şirkəti də məhdudiyyətlərə məruz qalıb. Aprelin 7-sində “Alfa Investments” bütün müştərilərin yeni brokerə keçəcəyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər